Ermənistanda son sutkada COVID-19-a 485 yoluxma qeydə alınıb, 16 nəfər ölüb

Ermənistanda son sutkada COVID-19-a 485 yoluxma qeydə alınıb, 16 nəfər ölüb
# 27 dekabr 2020 11:08 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 485 yoluxma halı qeydə alınıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 16 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2768 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 157 834, xəstəlikdən sağalanların sayı isə 139 113 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR