Giorgi Qaxariyanın adı Gürcüstanda yenidən baş nazir postuna irəli sürülüb

Giorgi Qaxariyanın adı Gürcüstanda yenidən baş nazir postuna irəli sürülüb
  • Clock-gray 21:44
  • calendar-gray 16 Noyabr 2020

Gürcüstanda 10-cu çağırış parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin baş naziri postuna Giorgi Qaxariya nəzərdə tutulub.

APA-nın yerli bürosu xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının katibi, Tbilisi meri Kaxa Kaladze deyib. Bildirib ki, partiya hazırkı Baş nazir G.Qaxariyanın növbəti hökumətə də rəhbərlik etməsini planlaşdırır.

Qeyd edək ki, daha əvvəl ədliyyə naziri Tea Tsulukianinin ölkənin növbəti baş nazir olacağı barədə xəbərlər yayılmışdı.

Səid Babazadə

Digər xəbərlər