İmaməli Rahmon prezident seçkilərinin qalibi olub

İmaməli Rahmon prezident seçkilərinin qalibi olub
# 12 oktyabr 2020 10:27 (UTC +04:00)

Tacikistanda dünən keçirilmiş prezident seçkilərində hazırkı Prezident İmaməli Rahmon qalib olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzadə bildirib.

O qeyd edib ki, ilkin nəticələrə görə İ. Rahmon səslərin 90,92%-ni toplayıb.

Tacikistan Prezidentinin rəqibləri Miroc Abdulloyev, Rüstəm Lətifzoda, Rüstəm Rahmatzoda və Əbdüxəlim Qafforzoda olub.

Xatırladaq ki, İ. Rahmon 1992-ci ildən Tacikistan Respublikasının Prezidentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR