Kamçatka sahillərində bir sutkada 4 dəfə zəlzələ baş verib

Kamçatka sahillərində bir sutkada 4 dəfə zəlzələ baş verib
# 22 mart 2021 07:10 (UTC +04:00)

Kamçatkanın şərq sahillərində, Berinq adası ərazisində - Aleut rayonunun Nikolskoye kəndindən 166 kilometr məsafədə 5.4 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələnin episentri 54 kilometr dərinlikdə qeydə alınıb.

Sonra ardıcıl olaraq 4.8, 4.1 və 3.9 bal gücündə daha 3 zəlzələ baş verib.

Növbəti yeraltı təkanlar Severo-Kurilskdən 196 kilometr, Ust-Kamçatsk kəndindən 23 kilometr və Berinq adasından 164 kilometr məsafədə meydana gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR