Lavrov: “Əfqanıstandakı faciənin tezliklə bitməsində maraqlıyıq”

Lavrov: “Əfqanıstandakı faciənin tezliklə bitməsində maraqlıyıq”
# 11 mart 2021 15:24 (UTC +04:00)

Əfqanıstandakı nizamlanma prosesi Rusiyanın Qətər və ya digər dövlətlərlə rəqabət predmeti deyil.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli və qətərli həmkarları ilə Dohada keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz Əfqanıstandakı faciənin bir an əvvəl bitməsində maraqlıyıq. Biz burada Qətərlə və ya başqası ilə rəqabət aparmırıq. Burada bir növ qısqanclıq mövzusu ola biləcək mövqelərdən çıxış etmirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR