Mişustin Rusiya Nazirlər Kabinetinin tərkibində dəyişikliklər olacağını açıqlayıb

Mişustin Rusiya Nazirlər Kabinetinin tərkibində dəyişikliklər olacağını açıqlayıb
# 16 yanvar 2020 12:14 (UTC +04:00)

Rusiyanın Baş Naziri vəzifəsinə namizəd Federal Vergi Xidmətirnin rəhbəri Mixail Mişustin yeni hökumətdə dəyişiklik planlaşdırdığını açıqlayıb. Bu barədə o, Dövlət Dumasında "Vahid Rusiya" fraksiyası ilə görüşündə bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasında "Vahid Rusiya" fraksiyasının rəhbəri Sergey Neverovun dediyinə görə, Mixail Mişustin fraksiyalarla nazir vəzifələrinə namizədləri də müzakirə edəcəyini bildirib: "O, Nazirlər Kabinetinin yeni tərkibində dəyişikliklər olacağını söyləyib. Mişustin öz fəaliyyətinin əsas prioritet prinsipləri sırasında milli layihələr və rəqəmsal iqtisadiyyatın olduğunu açıqlayıb", - deyə Neverov vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması Baş Nazir vəzifəsində Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyinə baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR