Moskvada bir gündə 49 nəfər koronavirusdan ölüb

Moskvada bir gündə 49 nəfər koronavirusdan ölüb
# 12 iyun 2020 00:45 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 49 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3187-yə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 502 436 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8779 nəfər bu virusa yoluxub, 174 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 6532 nəfərdir, indiyədək 261 150 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR