Moskvada daha 10 nəfər koronavirusdan ölüb

Moskvada daha 10 nəfər koronavirusdan ölüb
# 19 avqust 2020 01:39 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 10 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4687-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək təxminən 253,7 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 199,1 mindən çox xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR