Moskvada daha 58 koronaviruslu xəstə dünyasını dəyişib

Moskvada daha 58 koronaviruslu xəstə dünyasını dəyişib
# 06 iyun 2020 02:11 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 58 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 2864-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 449 834 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8726 nəfər bu virusa yoluxub, 144 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 5528 nəfərdir, indiyədək 212 680 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR