Moskvada koronavirusdan ölənlərin sayı 4059 nəfərə çatıb

Moskvada koronavirusdan ölənlərin sayı 4059 nəfərə çatıb
# 09 iyul 2020 01:18 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 32 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bununla da ölənlərin ümumi sayı 4059 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada virusa yoluxma hallarının 1/3-i (226 min) Moskvada qeydə alınıb. 160 mindən çox xəstənin artıq sağaldığı bildirilib.

Rusiyada pandemiya zamanı ümumilikdə, təxminən, 700 min yoluxma, 10 667 ölüm hadisəsi baş verib. 472 mindən çox insan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR