Moskvada son bir gündə 11 nəfər koronavirusdan ölüb

Moskvada son bir gündə 11 nəfər koronavirusdan ölüb
# 14 sentyabr 2020 00:46 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 11 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4993-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 271 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 229,5 min xəstə isə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR