Moskvada son sutkada 5028 nəfərdə koronavirus aşkar olunub, 76 nəfər bu virusdan ölüb

Moskvada son sutkada 5028 nəfərdə koronavirus aşkar olunub, 76 nəfər bu virusdan ölüb
# 17 dekabr 2020 07:06 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 171-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 708 530 insanda (son sutkada 5028 nəfər) koronavirus aşkar olunub, daha 545 430 nəfər isə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR