Moskvada son sutkada koronavirusdan 29 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 29 nəfər ölüb
# 15 iyul 2020 03:10 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 29 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Beləliklə, paytaxtda koronavirusdan ölənlərin ümumi sayı 4234-ə çatıb.

Qeyd edək ki, iyulun 13-dən Moskvada koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR