Nigeriyada əsirlikdə saxlanılan 6 Ukrayna dənizçisi azad olunub

Nigeriyada əsirlikdə saxlanılan 6 Ukrayna dənizçisi azad olunub
# 31 yanvar 2021 02:14 (UTC +04:00)

“Keçən ilin dekabr ayında Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən “Stevia” yük gəmisinin heyətindəki Ukrayna vətəndaşları sərbəst buraxılıb və onlar təhlükəsizdirlər”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İnstaqram hesabında yazıb.

“Bu gün altı ukraynalı dənizçi sərbəst buraxıldı – “Stevia” gəmisinin ekipaj üzvləri, ay yarım Nigeriyada piratların əsirliyində idilər”, deyə Ukrayna prezidenti qeyd edib.

Zelenski azad edilmiş dənizçilərin fotoşəkilini də paylaşıb.

Xatırladaq ki, keçən il dekabrın 16-da Kamerun bayrağı altında Port Harkourtdan (Nigeriya) Abidjana (Cot de İvar) üzən “Stevia” yük gəmisi Nigeriya sahillərində dəniz quldurları tərəfindən tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR