Novak: “Sanksiyalara baxmayaraq, “Şimal axını-2”nın inşası tamamlanacaq”

Novak: “Sanksiyalara baxmayaraq, “Şimal axını-2”nın inşası tamamlanacaq”
# 26 dekabr 2019 10:38 (UTC +04:00)

“Sanksiyalara baxmayaraq, “Şimal axını – 2” qaz kəmərinin inşası tamamlanacaq. Lakin hazırda Rusiya tərəfində İsveçrənin “Allseas” şirkətinin layihənin inşasını başa çatdıra biləcəyinə dair fikir yoxdur”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

“Hələlik “Allseas” şirkətinin qaz kəmərinin inşasını başa çatdıra biləcəyi barədə danışmaq hələ tezdir. Şirkət sanksiyalar riskindən qorunmaq üçün işləri dayandırıb. Sanksiyalardan asılı olmayaraq, qaz kəmərinin inşası başa çatdırılacaq, 160 km borunu düzmək qalıb”, - deyə A. Novak bildirib.

Nazir qeyd edib ki, “Allseas” şirkəti ABŞ Maliyyə Nazirliyindən açıqlama tələb edir və yalnız bundan sonra onların işə davam edə biləcəkləri məlum olacaq.

Xatırladaq ki, ABŞ Senatı Rusiyanın “Qazprom” şirkətinin “Şimal axını - 2” qaz boru kəmərinin inşasına kömək edən podratçılara qarşı yeni sanksiyaları özündə ehtiva edən 2020-ci il üçün Müdafiə Büdcə Qanununu qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR