Novosibirskdə 500 nəfər icazəsiz mitinqə çıxıb

Novosibirskdə 500 nəfər icazəsiz mitinqə çıxıb
# 31 yanvar 2021 12:19 (UTC +04:00)

Rusiyanın Novosibirsk şəhərinin mərkəzində təxminən 500 nəfər icazəsiz mitinq üçün toplanıb.

APA bildirir ki, bu barədə "Vesti Novosibirsk" məlumat verir.

Bununla yanaşı, bu gün şəhərdə spirt satışının müvəqqəti qadağan edildiyi və ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı qeyd olunur.

Bundan əvvəl Xabarovsk şəhərində icazəsiz aksiya olub.

Rusiya Daxili İşlər Nazirliyi ölkə sakinlərini 31 yanvar tarixində icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR