İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)70-ci Baş Konfransında iştirak edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, Məhəmməd İslami AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb.
Məhəmməd İslami İran Atom Enerjisi Təşkilatının bir qrup rəsmisindən ibarət nümayəndə heyətinin rəhbəri kimi AEBA-nın 70-ci Baş Konfransında iştirak edəcək.
Səfər çərçivəsində İslami BAEA-nın Baş Konfransının illik iclasında çıxış edəcək, müxtəlif ölkələrin səfirləri və nümayəndələri ilə görüşərək nüvə əməkdaşlığı, habelə nüvə elmi və texnologiyaları sahəsində ikitərəfli və beynəlxalq qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı məsələləri müzakirə edəcək.
O, həmçinin konfrans çərçivəsində müxtəlif ölkələrin bir sıra rəsmiləri və nümayəndələri ilə görüşlər keçirəcək və müzakirələr aparacaq.