Oğuzda yük maşını minik avtomobili ilə toqquşub

Oğuzda yük maşını minik avtomobili ilə toqquşub
# 17 dekabr 2019 19:54 (UTC +04:00)

Oğuzda yük maşını minik avtomobili ilə toqquşub, bir nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Kərimli-Yaqublu avtomobil yolunda baş verib. Rayonun Padar kəndinin sakini, 1959-cu il təvəllüdlü Ağalar Lətif oğlu Nəsibovun idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə “Ford” markalı yük maşını toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü aldığı xəsarətlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR