Paşinyan istefa vermək niyyətində olmadığını bildirib

Paşinyan istefa vermək niyyətində olmadığını bildirib
# 14 dekabr 2020 13:03 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa vermək niyyətində olmadığını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Baş nazir bildirib ki, istefa tələbi xalqın iradəsini əks etdirmir və o, öz vəzifəsinin icrasını davam etdirir.

N. Paşinyan ailə üzvlərinin Ermənistanı tərk etməsinə dair KİV-də yayılmış məlumatları da təkzib edib.

Xatırladaq ki, bir aydan artıqdır Ermənistanda N. Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR