Paşinyan prezidenti Baş Qərargah rəisinin işdən çıxarılması ilə bağlı qərarı təsdiqləməyə çağırıb

Paşinyan prezidenti Baş Qərargah rəisinin işdən çıxarılması ilə bağlı qərarı təsdiqləməyə çağırıb
# 25 fevral 2021 17:34 (UTC +04:00)

Silahlı qüvvələrlə bağlı vəziyyət həll olunmalıdır.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu Baş nazir Nikol Paşinyan İrəvanda Respublika meydanında keçirdiyi mitinq zamanı tərəfdarlarının qarşısında çıxışı zamanı deyib.
O, Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı imzaladığını xatırladıb.

N. Paşinyan bildirib ki, məsələ ilə bağlı Ermənistan prezidenti ilə telefon danışığı olub. Baş nazir əlavə edib ki, ölkə prezidenti O. Qasparyanın işdən azad edilməsi ilə bağlı qərarı təsdiqləməlidir.

N. Paşinyan, Baş Qərargah rəisi təyin etdiyi və müharibə zamanı inandığı Onik Qasparyanın səhv etdiyini qeyd edib: “Xalqı davamlı sarsıntılara məruz qoymağa ehtiyac yoxdur. Mən ordunun xalqa qarşı çıxmasına icazə verməyəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR