Rusiya və Qırğızıstan prezidentləri Moskvada görüşəcək

Rusiya və Qırğızıstan prezidentləri Moskvada görüşəcək
# 20 fevral 2021 13:40 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Qırğızıstanın yeni seçilmiş Prezidenti Sadır Japarov görüşəcəklər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş Qırğızıstan Prezidentinin Rusiyaya səfəri çərçivəsində fevralın 24-də Moskvada baş tutacaq.

Bildirilib ki, liderlər siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə Rusiya-Qırğızıstan əməkdaşlığının vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR