Rusiyada COVID-19-a yoluxanların sayı 667 883 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 667 883 nəfərə çatıb
# 03 iyul 2020 11:35 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6 718 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 667 883 nəfərə çatıb.

Son sutka ərzində 176 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 859 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 487 893 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR