Rusiyada Şaxta baba və Qar qız ağır yol qəzasına düşüb

Rusiyada Şaxta baba və Qar qız ağır yol qəzasına düşüb
# 01 yanvar 2021 03:18 (UTC +04:00)

Rusiyanın Xantı-Mansi muxtar dairəsinin Surqut şəhərində 5 nəfərin ağır yaralanması ilə nəticələnən yolq qəzası baş verib.

APA yerli Surgutinform TV-yə istinadən xəbər verir ki, yaralılar arasında bir azyaşlı ilə yanaşı Şaxta baba və Qar qız da olub.

Hadisə “Lada-Granta” markalı avtomobillə qarşıdan gələn “Volkswagen” markalı maşının toqquşması nəticəsində baş verib. Yaralıların hamısı xəstəxanaya yerləşdiriliblər. Onlardan bir nəfərinin reanimasiyada olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR