Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb
  • Clock-gray 02:32
  • calendar-gray 18 Fevral 2020

Rusiyanın Volqoqrad vilayətinin Staropoltavski rayonu ərazisində magistral yolda yanacaq daşıyan “KamAZ” markalı avtomobillə “Hyundai Accent” markalı minik maşını toqquşub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 5 nəfər ölüb.

Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin yaydığı məlumatda bildirilir ki, “Hyundai Accent” qarşı zolağa çıxaraq hərəkətdə olan “KamAZ”a çırpılıb.

Qəza nəticəsində sürücü və dörd sərnişin hadisə yerində dünyasını dəyişib.

Polis və Fövqəladə Hallar Nazirliyi hadisə yerinə cəlb edilib.

 

Rəşad Sarıyev

Digər xəbərlər