Rusiyada helikopterin sərt eniş etməsi nəticəsində 16 nəfər xəsarət alıb

Rusiyada helikopterin sərt eniş etməsi nəticəsində 16 nəfər xəsarət alıb
  • Clock-gray 15:18
  • calendar-gray 25 Dekabr 2019

Rusiyanın Krasnoyarsk diyarının şimalında Mi-8 helikopterinin sərt eniş etməsi nəticəsində 16 nəfər xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, onlardan 2 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə ambulator yardım göstərilib. 

Qeyd edək ki, neftçiləri daşıyan helikopterin göyərtəsində 21 sərnişin və 3 ekipaj üzvü olub. 

 

Zümrüd Paşkin

Digər xəbərlər