Rusiyada son sutkada 27 002 nəfər koronavirusa yoluxub, 562 nəfər ölüb

Rusiyada son sutkada 27 002 nəfər koronavirusa yoluxub, 562 nəfər ölüb
# 29 dekabr 2020 11:53 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 27 002 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 105 037 nəfərə çatıb.

Son sutka ərzində 562 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 55 827 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR