Rusiyada son sutkada 2774 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

Rusiyada son sutkada 2774 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb
# 14 aprel 2020 11:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 2774 nəfər koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 21 102 nəfərə çatıb.

Son sutka ərzində 22 nəfərin öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 170-ə çatıb.

Sağalanların sayı 1694 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR