Rusiyada son sutkada 4 748 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 4 748 nəfər COVID-19-a yoluxub
# 18 avqust 2020 11:36 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 4 748 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 932 493 nəfərə çatıb.

Son sutka ərzində 132 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 872 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR