Rusiyada son sutkada 454 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada 454 nəfər koronavirusdan ölüb
# 08 yanvar 2021 12:19 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 652 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 355 794 nəfərə çatıb.

Son sutka ərzində 454 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 60 911 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR