Rusiyada son sutkada 482 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada 482 nəfər koronavirusdan ölüb
  • Clock-gray 12:06
  • calendar-gray 04 Yanvar 2021

Rusiyada son sutka ərzində daha 23 351 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 260 138 nəfərə çatıb.

Son sutka ərzində 482 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 58 988 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər