Rusiyada son sutkada COVID-19-dan 443 nəfər ölüb

Rusiyada son sutkada COVID-19-dan 443 nəfər ölüb
# 16 mart 2021 12:06 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9 393 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 409 438 nəfərə çatıb.

Son sutka ərzində 443 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 92 937 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR