Rusiyada son sutkada daha 18 665 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada daha 18 665 nəfər koronavirusa yoluxub
# 01 noyabr 2020 12:11 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 665 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 636 781 nəfərə çatıb.

Son sutka ərzində 245 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 28 235 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR