Rusiyada yol qəzasında iki nəfər ölüb

Rusiyada yol qəzasında iki nəfər ölüb
# 12 dekabr 2019 00:21 (UTC +04:00)

Rusiyanın Saratov vilayətində ağır yol qəzası baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Yol Polisinin Regional İdarəsi məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı sürücünün idarə etdiyi "Lada Kalina” markalı minik maşını ilə 50 yaşlı sürücünün idarə etdiyi "Scania" markalı yük avtomobili toqquşub.

Yerşov rayonunun Çapayevka kəndi yaxınlığında qeydə alınan qəzada “Lada"nın sürücüsü və sərnişini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR