SSRİ-də ilk atom bombasının yaradıcılarından biri 102 yaşında vəfat edib

SSRİ-də ilk atom bombasının yaradıcılarından biri 102 yaşında vəfat edib
# 09 yanvar 2021 18:30 (UTC +04:00)

SSRİ-də ilk atom bombasının yaradıcılarından biri olan, Rusiya Elmlər Akademiyasının (RAN) Landau adına Nəzəri Fizika İnstitutunun fəxri direktoru İsaak Xalatnikov 102 yaşında vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə RAN-dan bildirilib.

İsaak Xalatnikov kvant fizikası sahəsindəki nəzəri fəaliyyəti ilə tanınıb.

Lakin onun ən önəmli fəaliyyəti Lev Landaunun rəhbərliyi altında sovet atom bombası layihəsində iştirakı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR