Son sutkada Rusiyada 232 nəfər koronavirusdan dünyasını dəyişib

Son sutkada Rusiyada 232 nəfər koronavirusdan dünyasını dəyişib
# 29 may 2020 11:37 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8572 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 387 623 nəfərə çatıb.

Son sutka ərzində 232 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4374 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 159 257 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR