Türkmənistanda kütləvi şəkildə Novruz Bayramı qeyd edilir

Türkmənistanda kütləvi şəkildə Novruz Bayramı qeyd edilir
# 21 mart 2020 17:02 (UTC +04:00)

Türkmənistan bölgədəki qonşulardan fərqli olaraq, koronavirusa baxmayaraq Novruz Bayramını kütləvi tədbirlərlə qeyd etməkdən imtina etməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, iki gün, martın 21-22-də Türkmənistanda bayram şənlikləri keçirilir.

Bu gün, şənliklərdə prezident Qurbanqulu Berdiməhəmmədov da iştirak edib. Ölkənin hər yerində kütləvi ağacəkmə aksiyası keçirilir.

21 Martda Aşqabad yaxınlığındakı Novruz Vadisində də şənliklər başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR