Ukraynada müxalifət partiyası üzvlərinin olduğu avtobus atəşə tutulub

Ukraynada müxalifət partiyası üzvlərinin olduğu avtobus atəşə tutulub
# 28 avqust 2020 04:22 (UTC +04:00)

Ukraynada Kiyev-Xarkov şossesində içərisində "Vətənpərvərlər - Həyat naminə" ictimai hərəkatının üzvləri olan avtobus radikallar tərəfindən atəşə tutulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ali Radanın “Həyat naminə Müxalifət Platforması" partiyasından olan deputatı İlya Kiva “Telegram” hesabında yazıb.

Hadisə nəticəsində ölən və yaralıların olduğunu deyən deputat bir nəfərin qaçırıldığını bildirib: “Atəş "Azov" hərbi bazasının tərkibində yaradılmış “Milli Korpus"un üzvləri tərəfindən açılıb”.

Qeyd edək ki, "Vətənpərvərlər - Həyat naminə" ictimai hərəkatı “Həyat naminə Müxalifət Platforması” partiyası tərəfindən bu ilin iyun ayında yaradılıb.

İ. Kivanın sözlərinə görə, hərəkatın əsas vəzifələri Donbassdakı münaqişəni həll etmək, ölkədə sabitliyi bərpa etmək və tarixi yaddaşı qorumaqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR