Valentina Matviyenko Liviya parlamentinin sədri ilə görüşəcək

Valentina Matviyenko Liviya parlamentinin sədri ilə görüşəcək
# 02 iyul 2020 18:01 (UTC +04:00)

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Liviya parlamentinin sədri ilə görüşəcək.

APA-nın Moskva müxbirinin Federasiya Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Matviyenko iyulun 3-də Moskvada Liviya Nümayəndələr Palatasının sədri Aqil Salehlə görüş keçirəcək.

Görüşdə Liviyanın Nümayəndələr Palatası yanında hökumətinin Xarici İşlər naziri Abdulhadi Əl-Huveycinin və rusiyalı senatorların da iştirakı gözlənilir.

Qeyd edək ki, A. Saleh bu gün Moskvaya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR