XİN avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi addım kimi qiymətləndirib

XİN avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi addım kimi qiymətləndirib
# 07 fevral 2021 17:24 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib.

APA bildirir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi

Mariya Zaxarova “Rossiya 1” telekanalına açıqlamasında bildirib.

O, deyib ki, Qərb ölkələri rəsmi Moskvanı məcbur edir ki, qanunsuz aksiyalarda iştirakına görə, Almaniya, İsveç və Polşa diplomatlarını Rusiyadan çıxarsın.

Söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.

Mariya Zaxarova sonda bunları əlavə edib:

"Təəssüf ki, biz sadəcə məcburiyyətində qaldığımız tədbirləri görməli oluruq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR