ABŞ səfiri etimadnaməsinin surətini Rusiya XİN-ə təqdim edib

ABŞ səfiri etimadnaməsinin surətini Rusiya XİN-ə təqdim edib
# 30 yanvar 2023 17:16 (UTC +04:00)

ABŞ-ın Rusiyadakı yeni səfiri Linn Treysi xarici işlər nazirinin müavini Sergey Ryabkova etimadnaməsinin surətini təqdim edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası yeni səfirdən öz fəaliyyətində Rusiya qanunlarına ciddi riayət etməyi və daxili işlərə qarışmamağı gözləyir.

Ryabkovla görüş zamanı Vaşinqtonun ciddi mənfi nəticələrlə dolu olan qarşıdurma kursunun əks-məhsuldarlığı yeni səfirin diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR