Aİ Alina Kabayevaya sanksiya tətbiq edə bilər

Aİ Alina Kabayevaya sanksiya tətbiq edə bilər
# 06 may 2022 16:06 (UTC +04:00)

Rusiyalı gimnast Alina Kabayevanın adı Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 6-cı sanksiyalar paketinə daxil edilib.

APA-nın xəbər verir ki, bu barədə CNN-ə Avropa Komissiyasının adı açıqlanmayan, lakin təklif edilən sənədlə tam tanış olan iki diplomatı məlumat verib.

Bildirilib ki, qərarla bağlı müzakirələr davam edir və bu yekun qərarın qəbul edilməsi o qədər də asan deyil.

Məlumatda vurğulanıb ki, hazırkı mərhələdə üzv ölkələrin fikirləri əsasında adlar sanksiyalar siyahısına daxil edilə və ya siyahıdan çıxarıla bilər.

Qeyd edək ki, Moskva və bütün Rusiyanın patriarxı Kirillin də adı Aİ-nin təklif edilən 6-cı sanksiyalar siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR