AŞ baş katbinin bu gün Gürcüstana rəsmi səfəri başlayacaq

AŞ baş katbinin bu gün Gürcüstana rəsmi səfəri başlayacaq
# 11 noyabr 2019 08:31 (UTC +04:00)

Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriçin Gürcüstana rəsmi səfəri bu gün başlayacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib. Məlumata görə, səfər Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinin noyabrın sonlarında Gürcüstana ötürülməsi ilə əlaqədar baş tutacaq.

“Bildiyiniz kimi, 27 noyabr 2019-cu ildə Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinin sədri olacaq. Bu 15 may 2020-ci il tarixinədək davam edəcəkdir. Baş katibin səfərinin məqsədi Gürcüstanın sədrliyinin prioritetləri ilə tanış olmaq və Gürcüstanla əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirməkdir”,- deyə XİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, səfər çərçivəsində Avropa Şurasının Gürcüstan üçün 2020-2023-cü illər üzrə Fəaliyyət Planının rəsmi təqdimatı keçiriləcək.

Mariya P. Puriçin Gürcüstan prezidenti, baş nazir, parlamentin sədri və digər rəsmilərlə görüşləri də planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR