Azərbaycan-Gürcüstan sərhədlərinin razılaşdırılmamış ərazilərinə birgə baxış keçiriləcəyi tarix məlum olub

Azərbaycan-Gürcüstan sərhədlərinin razılaşdırılmamış ərazilərinə birgə baxış keçiriləcəyi tarix məlum olub
# 06 iyul 2019 15:47 (UTC +04:00)

Azərbaycan-Gürcüstan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin birgə baxışı 2-3 həftə ərzində keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirinin müavini Laşa Darsalia belə deyib. O, bildirib ki, hazırda bu istiqamətdə texniki və təşkilati işlər görülür.

"Hazırda texniki sənədlərin mübadiləsi həyata keçirilir. Biz azərbaycanlı həmkarlarımızla daimi əlaqə saxlayrıq. Hazırda ən yaxın gələcəkdə birgə ekspert qrupların işləyəcəyi əraziləri müəyyənləşdiririk", - deyə Laşa Darsalia bildirib.

Nazir müavini qeyd edib ki, müvafiq sənədlər hazır olan kimi tərəflər arasında müzakirə üçün görüş təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR