Belarus MN: İttifaq dövlətini müdafiə etməyə hazırıq

Belarus MN: İttifaq dövlətini müdafiə etməyə hazırıq
# 06 yanvar 2023 14:42 (UTC +04:00)

Belarus-Rusiya birgə regional qoşun qruplaşması İttifaq dövlətini müdafiə etməyə hazırdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Belarus müdafiə nazirinin müavini Andrey Juk bildirib.

O qeyd edib ki, iki ölkə bundan sonra da hərbçilərin hazırlığını təkmilləşdirəcək. "Xüsusi bölmələrin hazırlığı həyata keçiriləcək. Ölkə ərazisində taktiki uçuş təlimi başlayacaq. Sonra müxtəlif növ qərargah təlimləri keçiriləcək. Hazırlığın mərhələlərindən biri də birgə "İttifaq Qalxanı - 2023 " təlimi olacaq. Biz bunun üçün çalışırıq, düşünürəm ki, təlimə hazırlıq yüksək keyfiyyətlə davam edəcək", - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR