Belarusun xarici işlər naziri Rusiyaya rəsmi səfər edəcək

Belarusun xarici işlər naziri Rusiyaya rəsmi səfər edəcək
# 10 may 2023 17:06 (UTC +04:00)

Belarusun xarici işlər naziri Sergey Aleynik 15-17 may tarixlərində Rusiyaya rəsmi səfər edəcək.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin dəvəti ilə Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik 15-17 mayda Moskvada rəsmi səfərdə olacaq.

Səfər proqramına Belarus XİN başçısının Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşləri daxildir.

Belarus və Rusiya XİN rəhbərlərinin danışıqları çərçivəsində ikitərəfli əməkdaşlığın geniş spektrli aktual məsələlər və beynəlxalq gündəlik müzakirə ediləcək”, - Zaxarova bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR