Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert Rusiya XİN-ə çağırılıb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumatda bildirilir ki, Londonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə ciddi etiraz bildirilib. Qeyd olunub ki, sanksiya siyahısına Rusiya KİV-ləri də düşüb. Belə bir destruktiv yanaşma yolverilməzdir və iki ölkənin xalqları arasında əlaqələrə ciddi zərbə vurur.