Dumanın deputatı şərti olaraq azadlıqdan məhrum edilib

Valeri Raşkin

© APA | Valeri Raşkin

# 22 aprel 2022 11:46 (UTC +04:00)

Rusiya Dövlət Dumasının Kommunist fraksiyasından olan deputatı Valeri Raşkin qanunsuz ovla məşğul olduğuna görə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu gün deputatın cinayət işi üzrə Saratov vilayətinin Kalininsk rayon məhkəməsində proses keçirilib. Məhkəmə Raşkini 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edib.

Rusiyalı deputat özünü qanunsuz ovla məşğul olmaqda təqsirli bilib və bundan peşmanlıq hissi keçirdiyini söyləyib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Saratov vilayətində qanunsuz sığın ovu ilə məşğul olarkən yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR