Ərdoğan: “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək fikrim var”

Ərdoğan: “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək fikrim var”
# 19 may 2022 13:51 (UTC +04:00)

Rusiya və Ukrayna ilə müharibəyə gəlincə, təbii ki, biz hazırda həm Rusiya, həm də Ukrayna ilə bağlı balans siyasəti aparırıq. Və bu balans siyasətində təbii ki, mənim nə cənab Putinlə, nə də cənab Zelenski ilə əlaqələri kəsmək fikrim var.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ukrayna ilə bağlı addımlarımız var. Biz hazırda istifadə etdiyimiz təbii qazın 50 faizini Rusiyanın alırıq. Bunlar bizim üçün strateji əhəmiyyətli əlaqələrdir. Və biz bu əlaqələri kəsə bilmərik. Digər tərəfdən, Ukrayna ilə qida sahəsində, taxıl kimi sahələrdə geniş əməkdaşlığımız var. Və əgər regionda sabitliyin elementi olacaq dövlət varsa, o, Türkiyədir. Biz bunu qorumalıyıq”,- o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR