Ermənistanda əsgər əsgəri güllələyib

 Ermənistanda əsgər əsgəri güllələyib
# 29 aprel 2022 03:14 (UTC +04:00)

Ermənistandakı hərbi hissələrdən birində əsgər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 28-i, saat 19.20 radələrində N saylı hərbi hissənin əsgəri, 2002-ci ildə anadan olmuş Samvel Sanoyan əsgər yoldaşının açdığı atəş nəticəsində yaralanıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib” – deyə məlumatda bildirilir.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR