Ermənistanın sabiq Baş nazirinin əmlakları müsadirə oluna bilər

Ovik Abramyan

© APA | Ovik Abramyan

# 17 mart 2023 15:26 (UTC +04:00)

Ermənistan Baş Prokurorluğu sabiq Baş nazir Ovik Abramyan və onun ailə üzvlərinə məxsus əmlakların müsadirə edilməsinə dair tələb irəli sürüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, söhbət Abramyana, onun həyat yoldaşı, övladları və bu ailə ilə əlaqəsi olan şəxslərin qeyri-qanuni yolla əldə edilmiş 59 daşınmaz əmlak obyekti, 4 avtomobil, 20 şirkətin səhmləri, habelə 21 milyard dramdan gedir.

Qeyd olunub ki, Baş Prokurorluğun tələbi qəbul edilib və işin icraatı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR